TBİLİSİ, 23 aprel. TELEQRAF
“Gürcüstan bundan sonra da bölgədə sülhün qurulması prosesinə öz töhfəsini verəcək”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirdiyi görüşdə deyib.
Görüşdə Gürcüstan-ATƏT əməkdaşlığı və onun dərinləşdirilməsi perspektivləri, həmçinin Cənubi Qafqaz regionunda mövcud vəziyyət və Gürcüstanın qarşısında duran vəzifələr müzakirə olunub.
Tərəflər regionda sülh və sabitliyin vacibliyinə xüsusi diqqət yetiriblər.