TBİLİSİ, 23 aprel. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.
Görüşdə ATƏT ilə əməkdaşlıq, bölgədəki vəziyyət və Gürcüstanın üzləşdiyi çətinliklər müzakirə olunub. İ.Kobaxidze ATƏT-in Baş katibinə Gürcüstana səfəri və sıx əməkdaşlıq üçün təşəkkürünü bildirib.
Tərəflər Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyini və bu məsələdə Gürcüstanın səylərinin əhəmiyyətini vurğulayıblar.