BAKI, 23 aprel. TELEQRAF
Rusiyanın paytaxtı Moskvanın küçələrində qondarma erməni soyqırımı ilə bağlı məlumatları əks etdirən lövhələr yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, lövhələr “soyqırımı”nın 110 illiyi ilə bağlı tədbirlər çərçivəsində quraşdırılıb.

