TBİLİSİ, 22 aprel. TELEQRAF

“Gürcüstan regional əməkdaşlığa böyük önəm verir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstan ölkənin rolunu daha yaxşı təqdim etməyə imkan verən layihələrdə iştirakda maraqlıdır.

“Bizim üçün Gürcüstanın imkan və potensialından istifadə etməyə, iqtisadi inkişafın təşviqinə yönəlmiş layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan ATƏT çərçivəsində tərəfdaşlarımızla əməkdaşlıq bizim üçün vacibdir”, - M.Boçorişvili söyləyib.