TBİLİSİ, 22 aprel. TELEQRAF

“Gürcüstanda sabitlik həm gürcü xalqı, həm də bütün regionun maraqları, təhlükəsizlik və əmin-amanlığın bərqərar olması baxımından həyati əhəmiyyət kəsb edir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə keçirdiyi görüşdən sonra deyib.

Baş katib ATƏT-in onilliklərdir Gürcüstanla əməkdaşlıq etdiyini vurğulayıb.

“ATƏT Gürcüstanı və bu bölgənin bütün ölkələrini dəstəkləyir. ATƏT münaqişə vəziyyətində olan ölkələrin yerləşdiyi bölgələrdə dialoqun aparılmasının nə qədər vacib olduğunu sübut edib. Bizim bu cür hallarda istifadə etdiyimiz çoxtərəfli vasitələrimiz var. Təşkilatımızın malik olduğu bütün vasitələrdən istifadə edərək Gürcüstanda təhlükəsizliyin gücləndirilməsinə töhfə verməyə hazırıq”, - F.Sinirlioğlu söyləyib.