
BAKI, 11 aprel. TELEQRAF
"Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş yoxdur".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.
“Xeyr, bu məsələdə irəliləyiş yoxdur”, - diplomat jurnalistin müvafiq sualına cavabında bildirib.
Ermənistan tərəfi ilə növbəti danışıqların vaxtına toxunan Kılıç Ankaranın prosesi inkişaf etdirmək istədiyini və İrəvanla təmasda olduğunu bəyan edib. Amma hələlik danışıqlar üçün konkret tarix müəyyən edilməyib.
Xatırladaq ki, bundan əvvəl Antalyada diplomatik forum çərçivəsində iki ölkənin xüsusi nümayəndələrinin görüşü baş tutub. Ermənistan nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyanın sözlərinə görə, görüş müsbət keçib.