BAKI, 17 mart. TELEQRAF

Martın 16-17-də Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrinə patrul göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ missiyası məlumat yayıb.

“Vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur”, - missiyanın bəyanatında deyilir.

Xatırladaq ki, Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətləri ilə diqqət çəkən Aİ missiyasının bölgədə yerləşdirilməsinə etiraz edir. Aİ qrupu ötən dövrdə müşahidə missiyasından çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb.

Əlavə edək ki, bu ilin yanvarında Aİ Ermənistandakı missiyasının fəaliyyət müddətinin daha iki il uzadılması barədə qərar verib.