BAKI, 6 mart. TELEQRAF

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvanla işgüzar əlaqələri saxlayır və təşkilatın Ermənistan qarşısında götürdüyü öhdəliklər qüvvədədir.

Teleqraf xəbər verir ki, bunu KTMT baş katibi İmanqali Tasmaqambetov deyib.

"İrəvanla işgüzar əlaqələrimiz var. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan Respublikası müttəfiq olaraq qalır və təşkilatın ölkə qarşısında öhdəlikləri saxlanılır. KTMT ilə əməkdaşlığı bərpa etməyə hazır olma siqnallarına gəlincə, münasibətlərin formatı dəyişməyib və olduğu kimi qalır", - qurum rəhbəri bildirib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-dəki fəaliyyətini qeyri-müəyyən müddətə qədər dondurub.