BAKI, 6 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.

Nəşrin iddiasına görə, bu, təkcə Ermənistan rəhbərinin yox, həm də Qərbin istəyidir:

"Paşinyan və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Paşinyan buna görə bəyan edib ki, 10 noyabr üçtərəfli sənəd artıq mövcud deyil. Baş nazir Qərbin göstərişi ilə həmin sənədi ləğv etməyə çalışır ki, Rusiya Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq yola (Zəngəzur dəhlizi) nəzarət edə bilməsin. Bu, həm də Rusiyanın təsirini azaltmaq hesabına Qərbin Sünik (Qərbi Zəngəzur) və İranla sərhəd rayonlarında təsirini gücləndirmək məqsədi daşıyır".