BAKI, 20 fevral. TELEQRAF

Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələblərin siyahısı genişdir.

Teleqraf xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.

“Hazırda Ermənistana qarşı qoyulan tələblərin siyahısı uzundur. Konstitusiyaya dəyişiklik də onlardan yalnız biridir”, - ekspert bildirib.

Qeqamyan qeyd edib ki, bunu Ermənistandan Azərbaycanla yanaşı, Türkiyə də tələb edir:

“Türkiyə 1990-cı illərdən bu yana həmişə bu mövzunu siyasi danışıqların gündəliyinə salmağa çalışırdı ki, artıq buna nail olunub. Konstitusiyanın dəyişdirilməsi sırf türklərin tələbidir”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsinin yeni konstitusiyaya ehtiyacının olduğunu açıqlayıb.

Erməni mənbələrinə görə, baş nazirin bu planı Azərbaycanın müvafiq tələbi ilə bağlıdır. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı qeydlərin Ermənistan konstitusiyasından çıxarılmasından gedir.