BAKI, 11 fevral. TELEQRAF

“Gürcüstanda “Maydan” olmayacaq və ölkəmiz Ukraynaya çevrilməyəcək”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hökumətin əsas səyləri “Maydan”ın təkrarlanmasına və ən əsası konkret subyektlərin hələ də istədiyi ikinci cəbhənin açılmasına yol verilməməsinə yönəldilməlidir.

“İnqilab, “Maydan”ın və bu proseslərdən sonra dost Ukraynada baş verən müharibəni görürsünüz. Biz uzun müddətdir ki, Gürcüstanın Ukraynaya çevrilməsinə imkan verməyəcəyimizi bildiririk. Bu fonda konkret ölkələrin nümayəndələrinin “Maydan” ssenarisinin inkişafından danışması maraqlı təhlil tələb edir”, - İ.Kobaxdize söyləyib.