![](https://teleqraf.az/storage/2025/02/11/715x378/2acf0faf-b0af-40f6-ae96-65c0d8f27272.jpg)
TBİLİSİ, 11 fevral. TELEQRAF
“Suxumi aeroportu yalnız mülki deyil, eyni zamanda hərbi hava limanıdır. Aeroportda hərbi bazanın yaradılması planlaşdırılır”.
Teleqraf xəbər verir ki, bunu Abxaziya Ali Şurasının sədri Camal Qamaxariya keçirdiyi brifinqdə deyib.
O, Suxumi hava limanının Rusiyaya məxsus olacağını qeyd edib.
“Əminəm ki, bu məsələyə yalnız Gürcüstan hökuməti deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı və NATO da böyük diqqət ayıracaq. Çünki Ukraynada müharibə başa çatandan sonra hava limanından qalxacaq hərbi təyyarələr Avropa və NATO-ya qarşı istiqamətlənəcək”, - C.Qamaxariya söyləyib.
Xatırladaq ki, fevralın 7-də Suxumi aeroportu Moskvadan ilk sərnişin təyyarəsini test rejimində qəbul edib. Hava limanı 1993-cü ildən fəaliyyət göstərmir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Suxumi aeroportunu tanımır və ona məxsus kodu 2006-cı ildən ləğv edib. 2023-cü ildə hava limanının yenidən qurulması ilə bağlı Suxumi və Moskva arasında saziş imzalanıb.