TBLİSİ, 11 fevral. TELEQRAF

ABŞ-nin Tennesi ştatında silahlı insident baş verib.

Teleqraf xəbər verir ki, fevralın 9-da qeydə alınmış hadisə zamanı 33 yaşlı Giorgi Merabişvili qətlə yetirilib.

Ona atəş açan şəxsin Feyett dairəsi şerifinin müavini olduğu bildirilir.

Yayılan məlumatlara əsasən, G.Merabişvili Stanton şəhərində “Pilot Travel” mərkəzində bir nəfərə bıçaqla xəsarət yetirib. Hadisə yerinə şerifin müavinlərinin gəlməsi vəziyyəti daha da gərginləşdirib və nəticədə gürcü gəncə ölümcül atəş açılıb.

G.Merabişvilinin iki övladı olduğu bildirilir. Onun cənazəsinin Tbilisiyə aparılması üçün dostları vəsait toplayırlar.