![](https://teleqraf.az/storage/2025/02/10/715x378/4feffbb0-680f-440e-92ce-31cfa942e5f6.jpg)
TBİLİSİ, 10 fevral. TELEQRAF
Gürcüstanın tanınmış caz ifaçısı Nino Katamadze 5 min lari (3 052 AZN) məbləğində cərimələnib.
Teleqraf xəbər verir ki, bu barədə qərarı Kutaisi Şəhər Məhkəməsi qəbul edib.
Müğənni nümayişlərin keçirilməsi qaydalarını pozmaqda ittiham olunurdu. O, yanvarın 26-da Kutaisi Apellyasiya Məhkəməsinin hakimi Malxaz Okropiraşvilinin evinin önündə aksiyada iştirak edib. Aksiyada hakimin həbsdə olan jurnalist Mziya Amaqlobelinin işi ilə bağlı apellyasiya şikayətinə baxmaqdan imtina etməsinə etiraz bildirilib.
Məhkəmə N.Katamadze ilə yanaşı, daha 8 nəfəri qanun pozuçusu kimi tanıyıb və onları da eyni məbləğdə cərimə ilə cəzalandırıb.