TBİLİSİ, 10 fevral. TELEQRAF

“USAID yaxşı işlərlə məşğul olurdusa, niyə dünyada heç kəs onun bağlanması ilə bağlı narahatlıq ifadə etmir, buna qarşı etiraz bildirmir?”

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Biz “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edəndə QHT-lər bildirdi ki, bu qanun onların bağlanmasına gətirib çıxaracaq. Qanunun tələb etdiyi yalnız sənədlərin təqdim olunması idi. İndi donorları QHT-ləri bağlayırlarsa, onların etirazları, təşvişləri, bəyanatları hanı?” - spiker əlavə edib.