![](https://teleqraf.az/storage/2024/05/16/715x378/shalva-papuashvili.-official-photo.jpg)
TBİLİSİ, 10 fevral. TELEQRAF
“Gürcüstanda sabitliyin pozulması üçün ABŞ vəsaitləri ilə yanaşı, Avropa İtttifaqına üzv və Avropa ölkələrinin də vəsaitlərindən istifadə olunması ilə bağlı sübutlarımız var”.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Avropa Demokratiyaya Yardım Fondunun fəaliyyətidir.
“Bu fond xüsusi xidmət metordlarından istifadə etməklə Gürcüstanda radikal siyasi partiyaları və qrupları gizli şəkildə maliyyələşdirib. Mən Avropa İttifaqının səfirindən fondun maliyyələşdirilməsinin ictimailəşdirilməsini xahiş etmişdim, lakin bir neçə aylıq müzakirədən sonra mən rədd cavabı aldım”, - spiker söyləyib.
Parlament sədri ümidvar olduğunu bildirib ki, Gürcüstanda pul xərcləyən bütün donor təşkilatlar və dövlətlər ABŞ-nin yeni administrasiyasının davranışından nümunə götürəcəklər.