![](https://teleqraf.az/storage/2024/11/30/715x378/kobaxidze.jpg)
TBİLİSİ, 10 fevral. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze fevralın 11-13-də Dubayda keçiriləcək Dünya Hökumətlər Sammitində iştirak edəcək.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.
Məlumata əsasən, hökumət başçısı fevralın 11-də sammitdə çıxış edəcək.
İ.Kobaxidzeni BƏƏ-yə səfərdə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcəklər.
Qeyd edək ki, builki Dünya Hökumətlər Sammiti “Gələcəyin hökumətlərini düşünərkən” devizi altında keçiriləcək. Beynəlxalq tədbirə 30-dan çox dövlət və hökumət başçısı, 80-dən çox beynəlxalq təşkilat və hökumət nümayəndələri qatılacaqlar. Sammit çərçivəsində 6 əsas mövzu üzrə 21 qlobal forum planlaşdırılıb.