![](https://teleqraf.az/storage/2025/02/10/715x378/0d30238b-9701-3889-877e-9c97732f4052_850.jpg)
TBİLİSİ, 10 fevral. TELEQRAF
“Qərb Cənubi Qafqazda, xüsusilə Gürcüstanda sabitliyi pozmaq səylərini dayandırmır”.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Gürcüstanı öz qaydaları ilə oynamağa cəsarət etdiyinə görə nümayişkarənə cəzalandırmaq qərarına gəlib.
Diplomatın fikrincə, Qərb həyasızlıqla Gürcüstanın daxili işlərinə müdaxilə edir, gürcü xalqının suveren seçimini, sülh və tərəqqi naminə seçdiyi hakimiyyəti dəyişdirməyə çalışır. O qeyd edib ki, Tbilisinin qarşısında “ya Qərb, ya da Moskva ilə” yanlış seçimini ultimativ şəkildə qoyublar.
“Gürcüstanı Rusiyaya qarşı Abxaziya və Cənubi Osetiyada ikinci cəbhənin açılması ilə bağlı avantüraya təhrik edirdilər. Eyni zamanda Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı beynəlxalq müzakirələrdə amerikalılar və avropalılar sülh haqqında ikiüzlü şəkildə tezislər irəli sürürlər”, - M.Qaluzin söyləyib.