![](https://teleqraf.az/storage/2019/06/01/715x378/irakli_kobaxidze.jpg)
TBİLİSİ, 8 fevral. TELEQRAF
“Gürcüstanda KİV haqqında qanuna dəyişikliklərin edilməsi zərurətdir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qanun layihəsi parlamentdə hələ müzakirəyə çıxarılmayıb və artıq bəziləri KİV azadlığının məhdudlaşdırılmasından danışırlar.
“Belə çıxır ki, Böyük Britaniyada media azadlığı pozulub və bu, gülüncdür. Əgər dezinformasiya problemi varsa, ölkə niyə bu ağır xəstəlikdən sağalmasın?” - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, qonşu ölkədə dezinformasiyaya qarşı mübarizə məqsədilə KİV haqqında qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər Britaniya modeli əsasında hazırlanacaq. Dəyişikliklərlə medianın obyektivlik standartları və jurnalist etikası müəyyən ediləcək. Bundan başqa, media qurumlarının xarici mənbələrdən maliyyələşdirilməsi məhdudlaşdırılacaq.