TBİLİSİ, 8 fevral. TELEQRAF

“Avropa İttifaqı diqqətini öz siyasi və iqtisadi problemlərinin həllinə verməlidir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Avropa liderlərinin ölkə ilə bağlı qəbul etdiyi birgə bəyanata münasibət bildirərkən deyib.

Hökumət başçısı Avropa İttifaqında siyasi böhranın olduğunu bildirib.

“Böhran səbəbindən Avropa İttifaqı düzgün olmayan istiqamətdə irəliləyir. Tendensiyalar çox neqativdir. Mən hamını Gürcüstana, onun xalqına və hakimiyyətinə qarşı ədalətli olmağa çağırıram”, - İ.Kobaxidze qeyd edib.