![](https://teleqraf.az/storage/2025/02/07/715x378/4d500e51-e858-4704-812c-af019b0ca02e.jpg)
TBİLİSİ, 7 fevral. TELEQRAF
Gürcüstanda ilk dəfə olaraq insan beynində diri yastı soxulcan aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə neyrocərrah Giorgi Sekaniya feysbuk hesabında yazıb.
Təqribən 15 sm ölçülü soliter beyin xərçəngi diaqnozu qoyulmuş qadında aşkarlanıb.
Həkimin sözlərinə görə, bu, tibb tarixində təsdiqlənmiş ilk belə haldır. O, faktla bağlı elmi araşdırmaların aparılacağını qeyd edib.
G.Sekaniya soxulcanın donuz soliteri növünə aid olduğunu bildirib.
Pasiyentə gəlincə, o, hazırda həkimlərin nəzarəti altında saxlanılır, vəziyyəti qənaətbəxş qiymətləndirilir.