![](https://teleqraf.az/storage/2024/06/11/715x378/gurcustan_1.jpg)
TBİLİSİ, 7 fevral. TELEQRAF
Gürcüstan parlamentində “Avropa sosialistləri” adlı müxalif siyasi qrup qeydiyyata alınıb.
Teleqraf xəbər verir ki, qrupda parlament çoxluğunu tərk etmiş deputatlar İlya İncia, Varlam Liparteliani və Nika Elisaşvili təmsil olunurlar.
“Avropa sosialistləri” parlament müxalifəti statusunu daşıyacaq.
Siyasi qrupun yaradılması üçün parlament qaydalarına dəyişiklik edilib və ən azı üç deputata siyasi qrup yaratmaq imkanı verilib.
Qeyd edək ki, Gürcüstan parlamentinə üç müxalif birlikdən seçilmiş 49 deputatın səlahiyyətlərinə fevralın 5-də vaxtından əvvəl xitam verilib. Qanunverici orqanda 12 yer əldə etmiş müxalif “Gürcüstan naminə” partiyası isə mandatlardan imtina barədə parlamentə yazılı şəkildə hələ müraciət etməyib.
Xatırladaq ki, ötən ilin oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyası parlamentdə 150 yerdən 89-nu əldə edib.