TBİLİSİ, 7 fevral. TELEQRAF

Bu il Gürcüstana səfər edəcək xarici turist və ziyarətçilərin sayının 8 milyona çatacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu proqnozu Gürcüstanın Milli Turizm Administrasiyası verib.

Turizm sektorundan 4,7 milyard ABŞ dolları həcmində gəlir əldə olunacağı gözlənilir.

2025-2028-ci illərdə Gürcüstanda 310 yeni turizm obyektinin açılması və yataq yerlərinin 36 800-ə çatdırılması planlaşdırılıb. Bu layihələrə 1,3 milyard lari (790 milyon AZN) məbləğində investisiya qoyulacaq.

Qeyd edək ki, 2024-cü ildə Gürcüstana 7 368 149 nəfər beynəlxalq ziyarətçi səfər edib. Qonşu ölkənin turizmdən əldə etdiyi gəlir isə 4,4 milyard ABŞ dollarına bərabər olub.