![](https://teleqraf.az/storage/2025/02/07/715x378/whatsapp_image_2025-02-07_at_11.54.14.jpg)
TBİLİSİ, 7 fevral. TELEQRAF
Ötən il Gürcüstana səfər etmiş azərbaycanlı turistlərin orta xərcləri 1020,3 lariyə (620 AZN) bərabər olub.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının 2024-cü il üzrə hesabatında bildirilib.
2023-cü illə müqayisədə orta xərclərdə 31,4%-lik azalma qeydə alınıb. Hesabat dövründə Azərbaycan vətəndaşları digər əcnəbilərlə müqayisədə Gürcüstanda az pul xərcləyən turistlər olub.
Ötən il Gürcüstanda ən çox pulu (9811,2 lari-5961 AZN) qazax, ən az pulu isə (1014,2 lari-616 AZN) erməni turistlər xərcləyiblər.
Araşdırmaya əsasən, hesabat ilində azərbaycanlı turistlərin Gürcüstanda orta gecələmə müddəti 3,8 gün təşkil edib. 2023-cü ilin eyni göstəricisi ilə müqayisədə müddət 1,3 gün azalıb.
Qeyd edək ki, 2024-cü ildə Gürcüstana Azərbaycandan 219 356 nəfər səfər edib. Bu da illik müqayisədə 9,7% çoxdur.