TBİLİSİ, 7 fevral. TELEQRAF

“Gürcüstanın ərazi bütövlüyünün bərpasının sülhdən başqa həll yolu qətiyyən mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Euronews”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan ərazi bütövlüyünü bərpa etmək istəyir və buna alternativ yoxdur:

“Biz ümid edirik ki, bu, nə vaxtsa real olacaq”.

İ.Kobaxidze bildirib ki, iki tarixi bölgənin işğalına görə Gürcüstan Rusiya ilə diplomatik əlaqələri bərpa edə bilmir.

“Lakin biz proqmatik siyasət aparırıq və bu, Rusiyaya qarşı münasibətimizin əsas məzmunudur. Biz Rusiya ilə ticari-iqtisadi müasibətləri saxlayırıq”, - baş nazir söyləyib.