TBİLİSİ, 7 fevral. TELEQRAF
“Gürcüstan və Avropa İttifaqı arasında sağlam münasibətlərin olmamasına görə günah Tbilisinin siyasətində deyil”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Euronews”a müsahibəsində deyib.
Onun sözlərinə görə, buna səbəb Avropa bürokratiyası və Gürcüstana qarşı siyasətdir.
“Bu siyasət dəyişsə, hər şey yaxşı vəziyyətdə olacaq”, - Baş nazir qeyd edib.
İ.Kobaxidze bildirib ki, Brüssel Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarda daha çox çeviklik göstərməlidir.
“Top Brüssel tərəfdədir. Biz hələ də çox nikbinik ki, 2030-cu ilə qədər Avropa İttifaqına üzvlük əldə edilə bilər. Biz bu məqsədə nail olmaq üçün davamlı çalışacağıq və ümid edirik ki, növbəti illərdə Gürcüstana yanaşma daha ədalətli olacaq”, - hökumət başçısı söyləyib.