BAKI, 6 fevral. TELEQRAF
Rusiya və İran arasında strateji ittifaqın bağlanması üçüncü ölkələrə qarşı yönəlməyib. Bu ittifaqın bağlanması həm də Ermənistanın maraqlarını nəzərə alır.
Teleqraf xəbər verir ki, bu barədə İranın İrəvandakı səfiri Mehdi Sübhani bildirib.
“Bu sənəd heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Burada Ermənistanın maraqları da nəzərə alınıb. Bu sənəd Yaxın Şərq və Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsinə yönəlib”, - o qeyd edib.
Xatırladaq ki, Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi yanvarın 17-də Moskvada iki ölkənin liderləri Vladimir Putin və Məsud Pezeşkian tərəfindən imzalanıb.