LƏNKƏRAN, 3 avqust. TELEQRAF

Lənkəranda boğulma hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisindəki çimərliklərdən birində qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 2007-ci il təvəllüdlü Orxan Yaqubzadənin dənizin nisbətən dərin hissəsinə doğru üzərkən batmaq təhlükəsində olduğunu görən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal müdaxilə edərək onu sudan çıxarıb sahilə çatdırıblar.

Gəncə ilkin tibbi yardım göstərildikdən sonra o, Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.