BAKI, 5 oktyabr. TELEQRAF
Estoniya Rusiya ilə sərhədə yaxın ərazilərə elit hərbi hissələrini və qoşun birləşmələrini yerləşdirməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, Estoniya briqadasının bölmələri Rusiya sərhədindən cəmi 50 kilometr aralıda yerləşən Yıhvi şəhərinə köçürülür və orada hərbçilər üçün yeni irimiqyaslı obyektlər tikilir.
Bundan əlavə, Narva şəhərində min nəfərlik hərbi bazanın yaradılması nəzərdə tutulur.