BAKI, 14 sentyabr. TELEQRAF

“Rusiya Arktikanı qlobal rəqabət baxımından mühüm bölgə kimi görür, öz ərazisində və Uzaq Şimalda raket sınaqlarının keçirilməsi də daxil olmaqla, fəaliyyətlərinin genişlənməsi bunu təsdiqləyir”.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Rusiya regionda keçmiş SSRİ hərbi bazalarını bərpa edir, burada - Uzaq Şimalda raket sınaqları keçirir və bunun çox mühüm ərazi olduğunu açıq şəkildə göstərir”, - diplomat bildirib.

Kaya Kallas əlavə edib ki, iqlim dəyişikliyi Şimalda yeni dəniz marşrutlarının yaranmasına səbəb olur və bura dünyanın qalan hissəsi üçün getdikcə daha mühüm əhəmiyyət kəsb edir”.

“Burada dövlətlər arasında artan rəqabət həqiqətən də xüsusidir”, - ali nümayəndə vurğulayıb.

Kallaş qeyd edib ki, təhlükəsizlik və ətraf mühit bəzi aspektlərdə bir-biri ilə əlaqəlidir: “Çünki Rusiyanın “kölgə donanması” yaratdığı digər təhdidlərlə yanaşı, həm də ekoloji bombadır”.