BAKI, 14 sentyabr. TELEQRAF

“Avropa Rusiyanın hədələrindəm qorxmamalı, əksinə, Ukraynaya dəstəyi daha da gücləndirməlidir”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Bu, açıq şəkildə Qərb ölkələrini qorxutmaq, onların Ukraynaya verdikləri dəstəyin və Ukraynaya səfərlərinin qarşısını almaq məqsədi daşıyan mesajdır. Bu, birmənalı şəkildə Qərb dünyasına verilmiş mesajdır”, - o, Ukrayna-Polşa sərhədi yaxınlığında qatara edilən hücumu şərh edərkən bildirib.

Kallasın fikrincə, əsas məsələ Avropanın bu mesajdan hansı nəticəni çıxaracağıdır:

“Düşünürəm ki, bunun əksinə hərəkət etməliyik, göstərməliyik ki, biz Ukraynanın yanındayıq və qorxmuruq. Əks halda, Rusiya Ukraynanı özünə tabe etmək məqsədinə nail olacaq. Dəfələrlə dediyim kimi, bu, onların son məqsədi deyil. Son məqsədləri daha genişdir. Buna görə də biz mövqeyimizdə qətiyyətlə dayanmalıyıq”.