BAKI, 1 sentyabr. TELEQRAF

Polşa Prezidenti Karol Navrotski Almaniyanı İkinci Dünya müharibəsi zamanı ölkəyə vurulmuş zərərə görə reparasiya ödəməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, İkinci Dünya müharibəsinin başlanmasının 87-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

“Polşaya reparasiya və kompensasiya ödənilməlidir. Bu, ancaq tarixi ədalət naminə deyil, həm də gələcək üçün lazımdır. Biz Qərbdən kredit götürməyə məcbur olmamalıyıq, bizə çatmalı olanı əldə etməliyik. Bu gün reparasiyalar təhlükəsizliyə xidmət edə bilər”, - Navrotski vurğulayıb.