BAKI, 19 avqust. TELEQRAF

ABŞ tərəfindən müharibənin genişləndirilməsi halında İran Cənub-Şərqi Avropada, o cümlədən Bolqarıstan və Kiprdə Amerikanın hərbi hədəflərinə hücumu nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” İran rəsmilərinə istinadla məlumat yayıb.

“Əgər ABŞ həddən artıq irəli getsə, İran İslam Respublikası Avropadakı hədəfləri də vurmaq ehtimalını nəzərdən keçirə bilər”, - mənbə qeyd edib.

FT həmçinin bu mənbələrə istinadla əlavə edib ki, münaqişənin daha da genişlənməsi ehtimalına qarşı İran Hörmüz boğazında sualtı fiber-optik kabellərə hücumu da nəzərdən keçirir.