BAKI, 30 iyul. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi bolqarıstanlı həmkarı Velislava Petrova ilə telefon danışığında Sofiyanın ABŞ-nin “Bezmer” hərbi hava bazasında Amerika hərbi təyyarələrinin yerləşdirilməsi ilə bağlı müraciətini qəbul etməsini tənqid edib.
Teleqraf xəbər verir ki, Əraqçi bu qərarı “qəbuledilməz”, “qınanılan” və “iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinə zidd” adlandıraraq, Bolqarıstan hökumətini qərara təcili yenidən baxmağa çağırıb.
Xarici işlər naziri bildirib ki, bir dövlətin öz ərazisini başqa dövlətin üçüncü ölkəyə hücum məqsədilə istifadəsinə verməsi təcavüz aktıdır.
“İran öz milli maraqlarını və təhlükəsizliyini istənilən təhdidə qarşı müdafiə etməkdə tərəddüd etməyəcək. İrana qarşı hərbi hücumda istənilən formada iştirak edən tərəflər bunun bütün nəticələrinə görə məsuliyyət daşıyacaqlar”.