BAKI, 4 iyul. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri iyulun 4-də Baltik dənizində Rusiyanın ən iri dəniz terminallarından birinə dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı bundan əvvəl sözügedən hücumla bağlı mediada yayılan məlumatı təsdiqləyərək bildirib:

“Bu gecə Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələri davam edib. Ukrayna Müdafiə Qüvvələri Rusiyanın müharibəsini maliyyələşdirən liman-neft infrastrukturunu vurub. Həmçinin Kronştadta da zərbələr endirilib. Bu, mühüm hərbi hədəfdir. Obyekt Ukraynanın dövlət sərhədindən 850 kilometrdən çox məsafədə yerləşir”.

Volodimir Zelenski Ukrayna ordusunun uzaqmənzilli zərbələrinin dəqiqliyini təmin edən və bu planın həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edib.