BAKI, 3 iyul. TELEQRAF

Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Aleksandru Muntyanu özü məlumat verib.

"Baş nazir vəzifəsini böyük məsuliyyət hissi ilə qəbul etmişdim. Lakin hazırkı şəraitdə mandatımı əvvəlki prinsiplərimə uyğun şəkildə davam etdirə bilməyəcəyim qənaətinə gəldim və vəzifəmdən ayrılmaq qərarı verdim",- o qeyd edib.