BAKI, 18 iyun. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəni bitirmək üçün Rusiya ilə sülh danışıqları üzrə xüsusi nümayəndə təyin etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Latviya Baş naziri Andris Kulberqs deyib.
Hökumət başçısı qeyd edib ki, Aİ Ukraynadakı müharibəni bitirmək üçün Rusiya ilə sülh danışıqlarına hazır olmalıdır.
“Avropa hazırlıqlı olmalıdır. Əgər sülh danışıqları baş tutarsa, bunun üçün siyasi mandatı olan bir nəfər təyin edilməlidir”, - Kulberqs vurğulayıb.