BAKI, 12 iyun. TELEQRAF

“Ukrayna və İrandakı müharibələr bu il başa çatacaq”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Dünya hazırda məhz insan amilinə görə çox narahatdır. Bu müharibələri bizə Tanrı verməyib, bu nöqtəyə özümüz gəlmişik. Buna görə də, onlara necə son qoyacağımızı düşünməliyik. Bizim bölgəmizdə və Yaxın Şərqdəki müharibələrə əvvəlkindən daha çox son qoymaq imkanımız var”, - Belarus lideri qeyd edib.