BAKI, 11 iyun. TELEQRAF

Böyük Britaniya müdafiə naziri Con Hili Baş nazir Kir Starmerin müdafiə investisiya planına (DIP) görə istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Hili Starmeri ordunun gücləndirilməsi ilə bağlı uzun müddətdir təxirə salınan təklifinə görə vəziyyətin tələblərinə uyğun hərəkət etməməkdə ittiham edib.

Baş nazirin planın təfərrüatlarını sabah açıqlayacağı gözlənilir, amma Müdafiə Nazirliyi və Xəzinədarlıq arasında mübahisədən sonra planın yumşaldıldığı düşünülür.

Kir Starmerə göndərdiyi məktubda Con Hili bildirib ki, DIP təhlükəli vəziyyətdə müdafiə və ölkə üçün tələb olunanlara çox da uyğun deyil.