BAKI, 5 iyun. TELEQRAF

Slovakiya Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü üzrə danışıqlar prosesi çərçivəsində ilk klasterin açılmasını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa slovakiyalı həmkarı Yuray Blanar ilə görüşündən sonra deyib.

“Slovakiya Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar prosesində ilk danışıqlar klasterinin, ardınca qalan beş klasterin açılmasını dəstəkləyir”, - nazir bildirib.