BAKI, 5 iyun. TELEQRAF

Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan hökumətinin sözçüsü Vanda Şondi məlumat verib.

O bildirib ki, bu, xarici işçi axınının tənzimlənməsi istiqamətində ilk addımdır. Şondinin sözlərinə görə, xarici ölkələrdən Macarıstana işçi axını səbəbindən yerli işçilərin maaşları azalır, işlərini itirirlər.