BAKI, 5 iyun. TELEQRAF

Almaniya xarici işlər naziri Yohann Vadeful Rusiya Prezidenti Vladimir Putini Ukrayna münaqişəsinin həlli üçün Avropa ölkələrinin iştirakı ilə danışıqlar prosesinə başlamağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə N-TV kanalı məlumat yayıb.

Alman nazirin sözlərinə görə, münaqişə elə bir mərhələyə çatıb ki, dərhal siyasi və danışıqlar yolu ilə həll yollarının axtarışına keçmək lazımdır. Vadeful danışıqlar masasına oturmağın vaxtının çatdığını vurğulayıb.

Rusiya Prezidenti bundan əvvəl Avropa İttifaqının kompromislərin formalaşdırılmasını dəstəkləməklə Ukrayna məsələsinin həllinə töhfə verə biləcəyini bəyan etmişdi. Vladimir Putin həmçinin Rusiya ilə ABŞ arasında əldə edilən razılaşmaların münaqişənin həllində vacib olduğunu qeyd etmişdi.