BAKI, 2 iyun. TELEQRAF

“Bütün iqtisadi çətinliklərə baxmayaraq, Almaniyanı çox yaxşı günlər gözləyir”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.

“Pessimizm və ya ölkəmizin gələcəyinin tutqun mənzərəsi üçün heç bir səbəb yoxdur. Ölkəmiz üçün ən yaxşı dövrlər geridə qalmayıb, əksinə, qarşıda çox yaxşı illər var”, - Kansler bildirib.

Fridrix Merts Almaniyanın gələcəyi naminə birgə işləməyə, siyasi oyunları kənara qoymağa çağırıb.