BAKI, 22 may. TELEQRAF
Fransanın keçmiş baş naziri və mərkəzçi “İntibah” partiyasının sədri Qabriel Attal növbəti prezident seçkilərində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə o, Aveyron şəhərində tərəfdarları ilə görüşdə bildirib.
“Prezidentliyə namizədliyimi irəli sürmək qərarına gəlmişəm”, - Attal vurğulayıb.
Qeyd edək ki, Fransada prezident seçkiləri 2027-ci ildə keçiriləcək.