BAKI, 20 may. TELEQRAF

Almaniya Xarici İşlər Nazirliyi İran vətəndaşlarının viza müraciətlərinə baxılması prosesinin bir hissəsinin hazırda ölkənin Ermənistandakı səfirliyində həyata keçirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, müharibə başlamazdan əvvəl Tehrandakı Almaniya səfirliyində viza müraciətlərini qeydiyyatdan keçirmiş iranlıların sənədlərinə baxış başlayıb.

Almaniya XİN-in məlumatına görə, baxılma prosesi başa çatdıqdan sonra səfirlik müraciət edənlərə viza verə bilər.