BAKI, 9 may. TELEQRAF
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri mayın 8-i axşam saatlarından bəri Rusiyadan atılan 43 drondan 34-nü zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat verib.
Eyni zamanda altı istiqamətdə raket zərbələri qeydə alınıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Rusiya və Ukrayna arasında üçgünlük atəşkəsin elan olunduğunu açıqlamışdı.