BAKI, 8 may. TELEQRAF
Növbədənkənar parlament seçkilərində qalib gələn “Proqressiv Bolqarıstan” koalisiyasının lideri Rumen Radev ölkənin Baş naziri seçilib.
Teleqraf xəbər verir ki, koalisiyanı təmsil edən 124 deputat parlamentin müvafiq iclasında keçmiş prezidentə səs verib.
“Avropa İnkişafı Uğrunda Vətəndaşlar” və “Demokratik Qüvvələr” birliklərinin blokundan 36 deputat bitərəf qalıb.
“Dəyişikliyə Davam Et”, “Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat” və “Dirçəliş” partiyalarını, eləcə də “Demokratik Bolqarıstan” koalisiyasını təmsil edən 70 deputat əleyhinə səs verib.