BAKI, 18 mart. TELEQRAF
“Liberal dünya nizamı dövrü başa çatıb, onun yerini vətənpərvərlik dəyərlərinə əsaslanan milli hərəkatlar tutur”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Düşünürəm ki, yeni dövr gəlib. Dəyişikliklər son iki-üç ildə yox, daha əvvəl başlayıb. Düşünürəm ki, artıq yeni dünya nizamı formalaşır. Əgər müasir siyasətin əvvəlki dövrünü “liberalizm dönəmi” adlandırsaq, deməli, o, artıq bitib.
Heç kim yeni dövrə yaxşı ad tapmayıb, amma bu, qlobal liberalizmdən milli vətənpərvərliyə doğru hərəkətdir”, - baş nazir bildirib.