BAKI, 12 mart. TELEQRAF

İspaniya baş nazirinin müavini Yolanda Dias Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərini ABŞ Prezidenti Donald Trampa yaltaqlanmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, o, Avropanın dünyada baş verənlər fonunda çox zəif təsir bağışladığını bildirib.

“Avropa tarixi miqyaslı anda çox zəif görünür. Onda lazımi liderlik keyfiyyətləri çatışmır”, - Dias deyib.

Baş nazirin müavininin sözlərinə görə, Aİ liderləri Trampa qarşı yaltaq mövqe tutublar: “Bu axmaqlıqdır, çünki Tramp vassal olmağa çalışanlara hörmət etmir”.

Yolanda Dias həmçinin qeyd edib ki, Tramp qlobal miqyasda fövqəladə vəziyyət yaradıb və bütün qaydaları pozub: “Belə tam qeyri-müəyyənlik və vacib anlarda cavabımızda qətiyyətli olmalıyıq”.