BAKI, 11 mart. TELEQRAF
İslandiya 18 ay ərzində, Monteneqrodan daha tez Avropa İttifaqına (Aİ) üzv ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə İslandiya xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir məlumat verib.
Nazirin sözlərinə görə, ölkəsinin Aİ-yə qoşulması o qədər də çətin olmayacaq, çünki o, artıq Avropa İqtisadi Zonasının (AİZ) bir hissəsidir və ittifaqın bir çox qanunları artıq qüvvədədir. O əlavə edib ki, bu, sürətli proses olacaq.
Xarici işlər naziri İslandiyanın Monteneqro kimi Aİ-yə namizəd ölkələrin bəzilərini geridə qoya biləcəyi ilə bağlı suala müsbət cavab verib.
Qunnarsdottir qeyd edib ki, danışıqlar yalnız bu qərar milli referendumda təsdiqlənərsə başlayacaq: “Əgər tərəflər razılığa gəlsələr, Aİ-yə üzvlük üçün yeni referendum keçiriləcək”.